Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:32

Frid Əliyevlə İrana təzyiqləri müzakirə etdiyini deyir


«Biz güclü Azərbaycanı görmək istəyirik»

«Biz güclü Azərbaycanı görmək istəyirik»

«Biz İlham Əliyevlə İranın siyasi kursunu dəyişməsi üçün ona diplomatik və iqtisadi təzyiqlər edilməsi ilə bağlı geniş müzakirələr aparmışıq».


ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Daniel Frid noyabrın 5-də keçirdiyi mətbuat konfransında belə deyib.


Daniel Frid: «Biz məsələnin müharibə yolu ilə deyil, diplomatik yolla həllini istəyirik. İranın nüvə proqramlarının inkişafına adekvat olaraq öz tədbirlərimizi görürük».


Cənab Frid prezident İlham Əliyevlə həmçinin enerji sahəsində təhlükəsizlik məsələlərini də müzakirə etdiyini bildirib. «Biz güclü Azərbaycanı görmək istəyirik. Ancaq güclü dövlətin təkcə hakimiyyəti deyil, mətbuatı da, iqtisadiyyatı da, müxalifəti də, məhkəmə sistemi də müstəqil və güclü olmalıdır», - deyə o, vurğulayıb.


Daniel Frid noyabrın 3-də Azərbaycana gəlib.


Günün bütün mövzuları

XS
SM
MD
LG