Keçid linkləri

2017, 17 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 13:22

Xəzər İbrahim: «Azərbaycan İranla iqtisadi əlaqələrini məhdudlaşdırmağı düşünmür»


Azərbaycan İranla iqtisadi əlaqələrini məhdudlaşdırmağı düşünmür. Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Xəzər İbrahim noyabrın 5-də bəyan edib.


Ötən həftə ABŞ Dövlət katibinin siyasi işlər üzrə müavini Nikolas Börns Parisdə verdiyi açıqlamada İranın Avropa və Asiyadakı iqtisadi şəriklərindən bu ölkə ilə ticarət əlaqələrini azaltmağı tələb edib.


«Biz ABŞ-dan bu barədə heç bir rəsmi müraciət almamışıq. Dövlət katibinin müavininin çağırışları ilə tanışıq. Amma hazırda ortada hər hansı rəsmi məktub yoxdur», - deyə XİN rəsmisi bildirib.


X.İbrahim onu da vurğulayıb ki, ABŞ-ın strateji müttəfiqi, İranın isə dostu kimi Azərbaycan iki ölkə arasında gərginliyin dinc vasitələrlə həllinə tərəfdardır: «Biz regionda yeni gərginlik görmək istəmirik».


XS
SM
MD
LG