Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:29

«Azərbaycan «PKK»nı terrorçu qrup kimi tanıyır»


«Azərbaycan «PKK»nı terrorçu qrup kimi tanıyır». Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim noyabrın 5-də bəyan edib.


Türkiyə prezidenti Abdulla Gülün Azərbaycana səfəri ərəfəsində bu ölkənin siyasətçiləri bildiriblər ki, Azərbaycanın terrorçu qrupları tanımasını ifadə edən siyahısı yoxdur. Buna görə də Ankara Bakının qarşısında «PKK»nı rəsmən tanıması barədə tələb qaldıra bilməyəcək.


X.İbrahim isə deyir ki, əsas məsələ siyahı deyil. «Azərbaycan özü də terrora məruz qalmış ölkədir. Əsas məsələ terrorçu qrupların dəqiq adlandırılmasıdır və Bakı bəyan edib ki, «PKK»nı terrorçu kimi tanıyır. Digər prosedur məsələlər barədə isə müvafiq dövlət qurumları addım atmalıdırlar».


İbrahim onu da vurğulayıb ki, Azərbaycan beynəlxalq antiterror əməliyyatlarının fəal üzvü kimi BMT-nin 12 konvensiyasına qoşulub və hər il bununla bağlı Nyu-Yorka hesabat göndərir.


XİN rəsmisi Azərbaycanda bəzi dini qrupların xaricdən idarə olunması barədə səslənən rəsmi bəyanatlara da münasibət açıqlayıb. XİN hesab edir ki, belə məlumatlar təsdiqlənsə, «çox böyük təhlükədən» xəbər verəcək.


XS
SM
MD
LG