Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:04

«Ermənistan belə davam etsə, danışıqlara ciddi zərbə dəyəcək»


X.İbrahim həmsədrlərin də fəaliyyətinə toxunub

X.İbrahim həmsədrlərin də fəaliyyətinə toxunub

«Əgər Ermənistan Azərbaycanla bağlı yalan məlumatlar yaymaqda davam edərsə, Qarabağ danışıqlarına ciddi zərbə vura bilər». Bu bəyanatla Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Xəzər İbrahim noyabrın 5-də keçirdiyi ənənəvi mətbuat konfransında bəyan edib.


Bakı Yerevanın siyasi şantajla məşğul olduğunu düşünür. XİN-in hiddətinə səbəb ötən həftə ABŞ-ın Harvard Universitetində Naxçıvanın guya qədim Ermənistan torpağı olması barədə ermənipərəst alimlərin təşkil etdiyi tədbir olub. Azərbaycanın ABŞ-dakı səfirliyi və Azərbaycan diasporu məsələ ilə bağlı etirazını və arqumentlərini sözügedən universitetə çatdırıb.


X.İbrahim həmsədrlərin də fəaliyyətinə toxunub. Deyib ki, vasitəçilər sonuncu dəfə regiona səfərləri zamanı «həqiqətən danışıqları irəli aramaq üçün səy göstəriblər»: «Amma biz heç bir irəliləyiş görmürük. Səbəb Ermənistan tərəfinin qeyri-konstruktiv bəyanatlarıdır».


Günün bütün mövzuları

XS
SM
MD
LG