Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:02

«Azərbaycanın gələcəyi demokratik islahatlardan asılıdır»


«Amerika istəmir ki, Azərbaycan demokratiyaya basqı edən ölkələr sırasına daxil olsun»

«Amerika istəmir ki, Azərbaycan demokratiyaya basqı edən ölkələr sırasına daxil olsun»

«Amerika istəmir ki, Azərbaycan demokratiyaya basqı edən ölkələr sırasına daxil olsun». Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Daniel Frid noyabrın 4-də Bakıda bir sıra hüquq müdafiəçiləri ilə görüşündə deyib.


Amerika səfirinin iqamətgahında keçirilən görüşdə Rəna və Murad Saddədinovlar, Arzu Abdullayeva, Eldar Namazov, Leyla Yunus, Novella Cəfəroğlu, Səidə Qocamanlı və Elçin Behbudov iştirak edib.



Daniel Frid IFES-in noyabrın 8-9-da planlaşdırdığı müxalifət partiyalarının hakimiyyətlə dialoqunu vacib hesab etdiyini söyləyib. Diplomat bunu başlanğıc addım kimi qiymətləndirib

Tədbirə qatılan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseyni diplomatla ölkədəki söz azadlığının vəziyyəti, sərbəst toplaşma, dini azadlıqlar məsələlərinin müzakirə olunduğunu deyir.


Görüşdə hüquq müdafiəçiləri sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin barəsində məhkəmə hökmü olduğundan artıq onun siyasi məhbus hesab edildiyini diqqətə çatdırıblar.


Cənab Frid prezidentlə görüşündə bu məsələlərlə bağlı dövlət başçısının fikirlərini öyrənib. Diplomat deyib ki, prezident ölkədə müəyyən dəyişikliklərə ehtiyac olduğunu hesab edib.


Frid Amerikanın Azərbaycanı insan hüquq və azadlıqlarının təmin olunduğu, iqtisadi müstəqilliyə malik ölkə kimi görmək istədiyini vurğulayıb. «Bu amillər təmin edilmədikdə isə əməkdaşlıqda çətinliklər yaranır. ABŞ Azərbaycanı güclü ölkə kimi görmək istəyir»-deyə amerikalı diplomat vurğulayıb.


***


Daniel Frid bundan sonra müxalifət partiyalarının liderləri ilə görüşüb. Görüşdə Hakim Yeni Azərbaycan Partiyası ilə yanaşı, Müsavat, AXCP, Liberal, Ümid partiyalarının liderləri də iştirak ediblər. Prezident seçkiləri ərəfəsində ölkədə siyasi vəziyyət, demokratiyaya keçid məsələləri diqqət mərkəzində olub.


Görüşdə həmçinin PKK və ABŞ Konqresinin Xarici Əlaqələr Komissiyasında erməni soyqırımı iddiaları ilə bağlı məsələyə də toxunulub. Ümid partiyasının sədri İqbal Ağazadə «Azadlıq» radiosuna məlumat verib ki, cənab Frid PKK-nın tək Türkiyənin deyil, Amerikanın da düşməni olduğunu bildirib.


Konqres komissiyasında erməni soyqırımı iddiaları ilə bağlı qəbul olunmuş sənədə toxunan diplomat bunu «ağılsız qərar» adlandırıb.


Tədbirə qatılan Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazov Daniel Fridin bir sıra vacib mesajlar verdiyini diqqətə çatdırıb. «Diplomat bildirdi ki, Azərbaycanın gələcəyi demokratik islahatlardan asılıdır»-deyə, E.Nmazov bildirib.


Daniel Frid IFES-in (Beynəlxalq Seçki Sistemləri Fondu) noyabrın 8-9-da planlaşdırdığı müxalifət partiyalarının hakimiyyətlə dialoqunu vacib hesab etdiyini söyləyib. Diplomat bunu başlanğıc addım kimi qiymətləndirib. Bundan əvvəl isə görüşə dəvət alan müxalifət partiyaları tədbirə qatılmaqdan imtina etmişdi.


***


Bundan sonra amerikalı diplomatın Jurnalist Akademiyasına baş çəkəcəyi, ABŞ-da təhsil almış tələbələrlə görüşü də planlaşdırılır.


Günün bütün mövzuları

XS
SM
MD
LG