Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:58

Naxçıvan şəhərində satıcılar etiraz aksiyası keçiriblər


Səhər saatlarında aksiyaya 2 mindən çox adamın toplaşdığı müşayiət edilirdi

Səhər saatlarında aksiyaya 2 mindən çox adamın toplaşdığı müşayiət edilirdi

-
Noyabrın 4-də Naxçıvan şəhərində satıcılar etiraz aksiyası keçiriblər. Hadisə yerində olan «Azadlıq» radiosunun müxbiri bildirib ki, səhər saatlarında aksiyaya 2 mindən çox adamın toplaşdığı müşayiət edilirdi.



Çalışdıqları bazarın sökülməsinə etiraz edən aksiya iştirakçıları bazarın söküləcəyi təqdirdə 3 mindən çox insanın işsiz qalacağını bildirirlər.


«Bəs biz hara gedək? Yeganə «çörək pulu» yerimizi də bağlayırlar…»


«Birtəhər ailəmizi ancaq dolandırırdıq. Belə yaşamaq olmaz…»


Təxminən 1 saata yaxın qarşıdurmasız aksiya sonradan əraziyə gətirilən şəhər polis idarəsinin əməkdaşları tərəfindən dağıdılmağa başladı.



Bazar rəhbərliyi satıcılara məsələ ilə bağlı danışıqlar aparıldığını və onlara qısa müddətdə məlumat veriləcəyini bildirdi.


Bu vəddən sonra etirazçılar aksiyanı dayandırdılar.


Camaatı dağıdan mülki geyimli polis əməkdaşları «Azadlıq» radiosunun müxbirinin təhqir edib, diktofonunu sındırmağa da cəhd göstəriblər.



Rəsmilər Naxçıvan şəhərində 57-ci məhəllədə yerləşdiyinə görə, «57-ci bazar» adlanan ticarət mərkəzinin abadlıq işləri ilə əlaqədar söküləcəyini bildirirlər.



Günün bütün mövzuları

XS
SM
MD
LG