Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:35

İlham Əliyev Daniel Fridi qəbul edib


Prezident İlham Əliyev noyabrın 3-də Prezident sarayında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Daniel Fridi qəbul edib.


Dövlət başçısı bu səfərin iki ölkə arasındakı əlaqələrin, regionda vəziyyətin və digər qarşılıqlı maraq doğuran mühüm məsələlərin müzakirə olunması üçün yaxşı imkan yaratdığını qeyd edib.


Prezident İlham Əliyev Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.


Daniel Frid isə deyib ki, «Azərbaycan ABŞ və region üçün mühüm ölkədir». O, ölkəsinin Azərbaycanı güclü, azad, dünyanın mürəkkəb bölgəsində öz seçdiyi yol ilə irəliləyən bir ölkə kimi görməkdə maraqlı olduğunu bildirib.


Məlumatı « AzərTAC » yayıb.


D.Fridin Bakıya səfəri ərəfəsində əsas müzakirə mövzuları demokratik islahatlar, təhlükəsizlik, enerji, mətbuat azadlığı və 2008-ci il prezident seçkisinə hazırlıqlar olacaq.


XS
SM
MD
LG