Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:48

Pakistanda fövqəladə vəziyyət elan olunub


Ölkə ərazisində konstitusiyanın qüvvəsi dayandırılıb
Ölkə ərazisində konstitusiyanın qüvvəsi dayandırılıb

Pakistan prezidenti Pərviz Müşərrəf ölkədə fövqəladə vəziyyət elan edib. O, bunu dövlət televiziyası ilə çıxışında deyib. Bildirib ki, buna səbəb ölkənin şimal-qərbində taliblər və «əl-Qaidə» yaraqlıları ilə yaranmış gərgin vəziyyətdir.


Dövlət televiziyasının məlumatına əsasən, ölkə ərazisində konstitusiyanın qüvvəsi dayandırılıb.


«Reuters» agentliyi özəl telekanallara istinadən xəbər verir ki, Ali Məhkəmənin sədri İftixar Çaudri və daha səkkiz hakim prezidentin bu sərəncamını dəstəkləməkdən boyun qaçırıb. Sonradan Çaudriyə «sənin xidmətinə artıq ehtiyac yoxdur» deyilib.


Polis İslamabadda Ali Məhkəmənin binasına aparan yolu bağlayıb. Pakistan paytaxtında telefon əlaqəsi kəsilib, bir neçə özəl telekanalın yayımı dayandırılıb.


Noyabrın 5-də Ali Məhkəmədə Pərviz Müşərrəfin prezident seçilməsinin qanuniliyi məsələsinə baxılmalıdır. Oktyabrın 6-da o, prezident seçkisində qalib olub. Amma müxalifət iddia edir ki, 1999-cu ildə hərbi çevriliş nəticəsində hakimiyyətə gələn General Müşərrəfin ordu komandanı ola-ola, yenidən seçilmək hüququ yox idi.


«Human Rights Watch» beynəlxalq hüquq müdafiə təşkilatı isə Pakistanda fövqəladə vəziyyətin elan olunmasını pisləyib.


Təşkilatın nümayəndəsi Əli Dayan Həsən «əl-Cəzirə» televiziyasına deyib ki, prezident Müşərrəf «biabırçı addım» atıb və bu, öz hakimiyyətini saxlamaq üçün «ümidsiz addımdan» başqa bir şey deyil.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG