Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:49

Qiymət artımına qarşı yürüş keçirilib


Peterburqda qiymətlər ilin əvvəlindən 8 faizdən də çox artıb

Peterburqda qiymətlər ilin əvvəlindən 8 faizdən də çox artıb


Peterburqda qiymət artımına qarşı yürüşün üçüncü iştirakçısı saxlanıb. Bu, Leninqrad vilayəti parlamentinin keçmiş deputatı Vladimir Leonovdur. / Interfax /


***


Rusiyanın Sankt-Peterburq şəhərində qiymət artımına qarşı yürüş olub. Yürüşün iki iştirakçısı saxlanıb.


Aksiya bitəndən sonra milis müxalifət fəalları - Andrey Dmitriyev və Yevqeni Pavlenkovu saxlayıb. Onlar mitinq zamanı prezident Vladimir Putinin kuklasını dar ağacından asmağa çalışırmış.


Minədək adam şəhər küçələri ilə Petropavlovsk qalasına qədər yürüş edib, qiymət artımını dayandırmaq tələbilə mitinq keçirib. Ərazidə asayişi gücləndirilmiş milis və OMON dəstələri qoruyub.


Sankt-Peterburq rəhbərliyi aksiyaya razılıq verib. Amma təşkilatçılara xəbərdarlıq edib ki, şüarlar yalnız qiymət artımına aid olmalıdır, əks-təqdirdə, onları inzibati məsuliyyətə cəlb edəcəklər.


Günün bütün mövzuları

XS
SM
MD
LG