Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:22

ETTELAAT daha bir azərbaycanlı hüquq müdafiəçisini həbs edib


Yaqub Salekiniya, Saleh Kamrani və Əbdüllah Abbasi
Yaqub Salekiniya, Saleh Kamrani və Əbdüllah Abbasi

«Savalan Səsi» saytının verdiyi məlumata görə, azərbaycanlı jurnalist Yaqub Salekiniya oktyabrın 31-də Tehrandakı evində həbs olunaraq, naməlum istiqamətə aparılıb.


Cənab Salekiniya Azərbaycan Siyasi Məhbusları Müdafiə Komitəsinin qurucularından biri sayılır. O, İlqar Mərəndli təxəllüsü ilə tanınır.


Yaqub Salekiniya eyni zamanda, «Azərbaycanlı Uşaqlar Evi»nin banilərindən biridir.


Fəalın həbsinin səbəbləri və harada saxlandığı məlum deyil.


«Öyrənci» saytının verdiyi başqa bir xəbərdə bildirilir ki, Tehranın Evin zindanında saxlanan Saleh Kamraninin həyat yoldaşı həbsxana rəhbərliyinə müraciət edərək, əriylə görüşmək istədiyini bildirib. Lakin, ona S.Kamrani ilə görüşlərin qadağan olunduğu bildirilib.


Evin zindanında saxlanan başqa bir azərbaycanlı fəal, Əbdüllah Abbasi Cəvanın qardaşı isə onunla görüşməyə müvəffəq olduğunu bildirib. O, deyib ki, işgəncələr nəticəsində Əbdüllah Abbasini tanımaq mümkün deyil — Abbasi 30 kiloqramdan artıq çəki itirib və ağır durumdadır.


Hər iki fəal avqustun 18-də gecə saatlarında Zəncanda gizli şəkildə saxlanıb, Tehranın Evin zindanına aparılıblar.


Bu vaxtacan onlara qarşı irəli sürülən ittihamların nədən ibarət olduğu aydın deyil.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG