Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:53

Mirzə Sakitin işi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərilib


«Azadlıq» qəzetinin həbsdə olan əməkdaşı, hazırda 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Mirzə Sakitin işi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərilib.


Bu barədə APA-ya məhbusun qardaşı, «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid bildirib. O, deyib ki, şikayət ərizəsində M. Sakitin ədalətsiz mühakimə olunduğu bildirilir:


«Mən inanıram ki, Avropa Məhkəməsi bu işlə bağlı ədalətli qərar çıxaracaq. Bu günlərdə beynəlxalq təşkilatların Mirzə Sakitin həbsinə etiraz edən bəyanatlarını da Avropa Məhkəməsinə göndərəcəyik. Ümid edirəm ki, bunun da çıxarılacaq qərara təsiri olacaq».


Mirzə Sakit ötən ilin iyun ayında qanunsuz narkotik saxlamaq ittihamı ilə həbs edilib. O, özü isə həbsinin jurnalistlik fəaliyyəti ilə bağlı olduğunu bildirir.


Günün bütün mövzuları

XS
SM
MD
LG