Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:19

Hökumətin müxalifətlə apardığı danışıqlar nəticəsiz yekunlaşıb


Tbilisidə «Prezidentsiz Gürcüstan» şüarı altında mitinq davam edir

Tbilisidə «Prezidentsiz Gürcüstan» şüarı altında mitinq davam edir

Gürcüstan parlamentinin spikeri Nino Burcanadze müxalifət nümayəndələri ilə danışıqlar aparıb.


Müxalifətin tələblərinin cavabında Burcanadze deyib ki, onun qərar qəbul etmək səlahiyyəti yoxdur, bunu yalnız prezident edə bilər.


Müxalifət erkən parlament seçkiləri, Seçki Məcəlləsinin dəyişdirilməsi və siyasi məhbusların azad olunmasını tələb edir.


Tbilisidə, parlament binası qarşısında «Prezidentsiz Gürcüstan!» şüarı altında mitinq davam edir. Aksiyada on minlərlə adam iştirak edir – onların çoxu regionlardan gəlib.


Müxalifət liderləri deyirlər ki, tələbləri yerinə yetirilməsə, aksiya müddətsiz xarakter daşıyacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG