Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 07:56

İlk dəfə olaraq nəzarət-kassa aparatının yaddaşına müdaxilə faktı aşkar edilib


Vergilər Nazirliyi ilk dəfə olaraq, bu il nəzarət-kassa aparatının fiskal yaddaşına müdaxilə faktını aşkar edib.


Ticarət şəbəkəsində Zığ şossesi-5 ünvanında yerləşən ərzaq dükanında pul dövriyyəsinin gizlədilməsi yolu ilə vergidən yayınma haqqında informasiyanın yoxlanması nəticəsində NKA-nın yaddaşına müdaxilə faktı aşkar edilib. Bu barədə noyabrın 2-də keçirilən brifinqdə Vergi cinayətlərinin ilkin araşdırılması departamentinin İstintaq şöbəsinin rəisi Nəsimi Əhədov bildirib.


Onun sözlərinə görə, «Lider» firmasının servis xidmətinin müfəttişi Vüqar Şərbətov mağaza sahibi Mais Quliyevlə əlbir olaraq, mağazanın ticarət dövriyyəsini 250 min manat azaldıb. Bu şəxslərə qarşı cinayət işi açılıb və hər ikisi həbs ediliblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG