Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:48

«Həmsədrlərin fikirləri reallıqdan bir az nikbindi»


«ATƏT-in Minsk Qrupu həmsədrlərinin fikirləri reallıqdan bir az nikbindi».


Bunu Ermənistanın Xarici İşlər naziri Vartan Oskanyan «Azadlıq» radiosunun Ermənistan xidmətinə deyib. Bir neçə gün əvvəl amerikalı həmsədr Metyu Brayza bildirmişdi ki, tərəflər Qarabağ probleminin həlli üzrə əsas prinsipləri tam razılaşdırmağa çox yaxındılar. Amma Oskanyan deyib ki, çərçivə razılaşması layihəsinin məzmununa əsaslanıb demək olar ki, hansı prinsiplər üzrə ki ümumi razılıq var, məhz onları tam razılaşdırmaq olar.


Vartan Oskanyan: «Amma nəzərə alanda ki, Azərbaycan danışıqlardan kənar beynəlxalq təşkilatlarda hansı mövqe tutur, ən yüksək səviyyədə hansı bəyanatlar verir, onda demək olar ki, Bakı həmin sənəd üzrə razılığa gəlməyə hazır deyil. İki fərqli proses gedir. Amma sənədin məzmunu əsasında optimist olmaq, razılaşma əldə edilməsinə inanmaq mümkündü».


Günün bütün mövzuları

XS
SM
MD
LG