Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:27

«Terrorizm və dini dözümsüzlüyə qarşı bütün dünya gəncləri səylərini birləşdirməlidir»


«Dünya dövlətləri bu gün dilemma qarşısındadır - ya dinlər, mədəniyyətlərarası dialoq, ya da dözümsüzlük, parçalanma və gərginliyə doğru getmək».


Bunu prezident İlham Əliyevin xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, «Gənclər sivilizasiyalar ittifaqı naminə» adlı nəsillərarası konfransın açılış mərasimində deyib.


O, bildirib ki, sivilizasiyaların birliyində məqsəd etnik və insani dəyərlər arasında dialoqun, inam və etimadın yaradılmasıdır. Gənclər isə bu işdə xüsusi rola malikdir. Mehriban Əliyeva deyib ki, terrorizm və dini dözümsüzlüyə qarşı bütün dünya gəncləri səylərini birləşdirməlidir.


Bakıda açılan «Gənclər sivilizasiyalar ittifaqı naminə» konfransı noyabrın 2-də də davam edəcək. Tədbirdə 50 dövlətin nümayəndəsi, səfirliklər və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edir.


Konfransın sonunda «Bakı nəsillərarası bəyannaməsi»nin imzalanması gözlənir.


XS
SM
MD
LG