Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:44

«Qəbələ RLS alternativ ola bilməz»


«Radarın qlobal təhlükəsizlik sisteminin tərkibi kimi istifadəsi daha səmərəli olardı»

«Radarın qlobal təhlükəsizlik sisteminin tərkibi kimi istifadəsi daha səmərəli olardı»

«Qəbələ RLS alternativ ola bilməz. Biz onun istifadəsinə qarşı deyilik. Ancaq bu stansiya ABŞ-ın Çexiya və Polşada yerləşdirməyi planlaşdırdığı müdafiə sistemlərilə birlikdə istifadə oluna bilər».


Bunu Bakıda səfərdə olan Çexiya Xarici İşlər nazirinin müavini Tomas Poyar deyib.


Onun sözlərinə görə, Böyük Britaniyada da belə bir radar var. Çexiyada belə bir sistemin qurulması Avropanın şərqində təhlükəsizlik üçün lazımdır. Qafqazdakı radarın qlobal təhlükəsizlik sisteminin tərkibi kimi istifadəsi daha səmərəli olardı. Avropa və ABŞ-ın hədəfi də budur.


Cənab Poyar deyib ki, Çexiyada radarın tikilməsi danışıqlar mövzusudur, proses davam edir. Razılıq əldə olunsa, məsələ parlamentdə müzakirə olunacaq. Çexiyadakı radar NATO və digər ölkələrin təhlükəsizliyi üçün də yaxşı olardı.


Tomas Poyar noyabrın 1-də Azərbaycanın Müdafiə və Xarici İşlər nazirləri Səfər Əbiyev və Elmar Məmmədyarovla görüşüb.


Günün bütün mövzuları

XS
SM
MD
LG