Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:07

«Azərbaycanda ilin əvvəlindən bəri tikinti işlərində 50-dən çox insan həlak olub»


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi ilin əvvəlindən bəri istehsalatda təqribən 100 ölüm hadisəsi qeydə alıb. Ölüm hallarının yarıdan çoxu tikinti işlərində baş verib. «Trend»in məlumatına görə, bu barədə noyabrın 1-də Əmək Müfəttişliyinin rəhbəri Nəbi Şükürlü məlumat verib.


«Tikintilərdə baş verən bədbəxt hadisələrin əksəriyyəti yüksək mərtəbələrdən yıxılma nəticəsində baş verib», - deyə Şükürlü bildirib.


Əmək Müfəttişliyi dəfələrlə tikintilərdə texniki təhlükəsizlik qaydalarına əməl olunması barədə xəbərdarlıq edib ki, burda da xüsusi kəmərlərdən, kaska və eynəklərdən istifadə və digər tədbirlər nəzərdə tutulur.


Avqusta ayında Bakının mərkəzi küçələrindən birində 16 mərtəbəli bina uçub. Ekspertlər bildirmişdilər ki, binanın uçmasının səbəblərindən biri də texniki təhlükəsizlik qaydalarının pozulması olub.


Günün bütün mövzuları

XS
SM
MD
LG