Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:10

Çexiya Azərbaycanın Avroatlantik strukturlara inteqrasiyasında vasitəçi olmaq istəyir


Bunu Çexiya Xarici İşlər nazirinin müavini Tomas Polar «Azadlıq» radiosuna müsahibəsində bildirib. Cənab Polar hazırda Bakıdadır. Noyabrın 1-də o, Xarici İşlər, Müdafiə və İqtisadi İnkişaf nazirliklərində danışıqlar aparacaq. Müzakirələrin əsas mövzusu Azərbaycan-Avropa Birliyi, Azərbaycan-NATO əlaqələri, bir sıra iqtisadi layihələr olacaq.


Çexiya rəsmisi deyir ki, hazırda iki ölkə arasında əlaqələr çoxşaxəlidir və tərəflərin bir çox məsələlərə yanaşmaları üst-üstə düşür. Çexiya beynəlxalq təhlükəsizlik və ABŞ-ın Raket Əliyevinə Müdafiə Sistemi ilə bağlı planlarına Azərbaycanın münasibətini dəstəkləyir.


Poların səfəri regional xarakterlidir, belə ki, o Yerevan və Tbilisidə də danışıqlar aparacaq.


XS
SM
MD
LG