Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:10

Əcnəbi əməkçilər üçün kvota müəyyənləşdiriləcək


Nazirlər Kabinetinin şöbə müdiri Qurban Sadıqov, 31 oktyabr 2007

Nazirlər Kabinetinin şöbə müdiri Qurban Sadıqov, 31 oktyabr 2007

«Gələn ildən Azərbaycan hökuməti əcnəbi əməkçilərin Azərbaycana miqrasiyası üçün kvota müəyyənləşdirəcək».


Nazirlər Kabinetinin (NK) Qaçqınların və Məcburi Köçkünlərin Problemləri, Miqrasiya və Beynəlxalq Təşkilatlarla İş Şöbəsinin müdiri Qurban Sadıqov deyir ki, hazırda Azərbaycandan qaçqın statusu istəyən əcnəbilərin sayı 3 min nəfərdir. Onlar əsasən, əfqanlar, pakistanlılar, fələstinlilər və çeçenlərdir: «Hökumət isə cəmi 67 nəfərə qaçqın statusu verib».


NK-nın şöbə müdiri bildirir ki, hər il Azərbaycandan xaricə üz tutanların sayı isə təxminən 200 min nəfərdir. Sadıqov deyir ki, hökumət bunun qarşısını almaq üçün ciddi tədbirlər görür. Onun sözlərinə görə, rəsmi məlumatlara görə, Rusiyada hazırda 500 mindən çox azərbaycanlı yaşayır: «Ümumilikdə Azərbaycandan xaricə miqrasiya edənlərin sayı 800 mindən çoxdur».


Günün bütün mövzuları

XS
SM
MD
LG