Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:12

«Azərbaycanda diplomat çatışmazlığı var»


O, ali məktəblərdə təhsilin səviyyəsindən də gileylənib

O, ali məktəblərdə təhsilin səviyyəsindən də gileylənib

«Azərbaycanda diplomat çatışmazlığı var». Bunu Xarici İşlər nazirinin müavini, Diplomatiya Akademiyasının rektoru Hafiz Paşayev bəyan edib.


Son iki ildə xaricdəki Azərbaycan səfirliklərinin sayı iki dəfə artırılaraq, 52-yə çatdırılıb. Hafiz Paşayev deyir ki, bu, peşəkar diplomatlara tələbatı artırıb: «Məndən məsləhət istəyəndə ki, xaricə kimi göndərək, cavab verməkdə çətinlik çəkirəm. Kriteriyalar olduqca yüksəkdir, peşəkar kadrlar isə yoxdur».


Nazir müavini ali məktəblərdə təhsilin səviyyəsindən də gileylənib. Ötən il test üsulu ilə Xarici İşlər Nazirliyinə qəbul olmaq istəyən 350 nəfər arasından yalnız 22-si müsabiqədən keçə bilib. Buna görə də diplomatların hazırlanması və peşəkar səviyyəsinin artırılması ilə Diplomatiya Akademiyası özü məşğul olacaq.


Paşayev deyib ki, Akademiyaya qəbul 2009-cu ildə başlaya bilər. Hazırda orada yalnız diplomat işləyənlər və digər dövlət qurumlarının beynəlxalq münasibətlərlə əlaqəli işçiləri üçün peşəkar kurslar tədris olunur.


Oktyabrın 31-də XİN-də Diplomatiya Akademiyası ilə Norveç Krallığının Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq sazişi imzalanıb. Norveçin Azərbaycandakı səfiri Con Rambenq deyib ki, sazişə görə, Norveç tərəfi Azərbaycanın aşağı və orta səviyyəli 60 diplomatı üçün Avropa İttifaqı, sülh araşdırmaları və skandinaviyaşünaslıq mövzularında treninqlər keçəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG