Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:43

ABŞ və Britaniya səfirlikləri fəaliyyətlərini bərpa ediblər


Böyük Britaniyanın Azərbaycandakı səfirliyi

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi

ABŞ səfirliyi iş rejimini tam bərpa edib. Bu gündən səfirliyin bütün əməkdaşları işə çıxıb və bütün qurumları tam fəaliyyət göstərir. Bu barədə ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik «Turan»a bildirib.


Hazırda səfirliyin yerləşdiyi ərazidə polis əməkdaşları silahlı keşik çəkir.


Diplomatik nümayəndəlikdən verilən məlumata görə, Böyük Britaniya səfirliyi də artıq öz fəaliyyətini tam olaraq bərpa edib. Səfirlikdən «Trend»ə bildiriblər ki, bu gün bütün əməkdaşlar adi iş rejimdə fəaliyyət göstərirlər.


ABŞ və Böyük Britaniya səfirlikləri oktyabrın 29-dan iş fəaliyyətini məhdudlaşdırmışdı.


Günün bütün mövzuları

XS
SM
MD
LG