Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:49

Fətullayevin azadlığa buraxılması tələbi ilə etiraz aksiyası keçirilə bilər


Eynulla Fətullayevin vəkili jurnalistin öz yazdıqlarının qurbanı olduğunu bildirir
Eynulla Fətullayevin vəkili jurnalistin öz yazdıqlarının qurbanı olduğunu bildirir

Noyabrın 24-də Eynulla Fətullayevin azadlığa buraxılması tələbi ilə etiraz aksiyası keçiriləcəyi gözlənilir. Bu barədə Jurnalistin Hüquqlarının Müdafiə Komitəsi qərar verib.


Komitənin oktyabrın 31-də keçirilən iclasında həbsin siyasi sifariş olduğu və baş redaktorun dərhal azadlığa buraxılması tələb olunub.


Etiraz aksiyasına təşkilatçılıq Azərbaycan Naminə Forumun prezidenti Eldar Namazova həvalə edilib.


Arzu Abdullayevanın sədri olduğu Jurnalistin Hüquqlarının Müdafiə Komitəsində ölkənin hüquq müdafiəçiləri və qəzet redaktorları təmsil olunur.


«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Eynulla Fətullayevin vəkili İsaxan Aşurov hökmü ədalətsiz adlandırıb. Bildirib ki, Eynulla Fətullayev öz yazdıqlarının qurbanıdır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG