Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 21:27

Son yarım ayda 4-cü basqın


Silahlı basqın törədən şəxslərdən hələ heç kim saxlanmayıb
Silahlı basqın törədən şəxslərdən hələ heç kim saxlanmayıb

Oktyabrın 30-u gecə saatlarında Bakının Nizami rayonu ərazisində yerləşən «Lukoyl» yanacaqdoldurma məntəqəsinə basqın olub.


Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Şahmar Paşayev «Yeni Müsavat»a bildirib ki, hadisə təxminən saat 23 radələrində baş verib. Basqın zamanı orada müştəri qismində taksi kimi istifadə edilən «Jiquli» markalı avtomobil olub. 3 nəfər əliavtomatlı şəxs həmin vaxt operatorlara yaxınlaşaraq pul tələb edib.


«Həmin şəxslər operatorlara deyiblər ki, sizi öldürməyə gəlməmişik, pulları verin. Operator Samir Quliyev qorxaraq məntəqədə yerləşən ofisə qaçıb. Basqınçılardan biri onun ardınca avtomatdan üç dəfə atəş açıb. Şüşədən keçən iki güllənin Samirin kürəyinə dəydiyi güman olunur» deyən rəis müavini basqınçıların hansı avtomobildə olmalarına dair «Yeni Müsavat»çının sualına «güman ki, Rusiya istehsalı olan avtomobildən istifadə ediblər» cavabını verib.


Ş.Paşayevin dediyinə görə, basqınçılar yanacaqdoldurma məntəqəsindən 2 min 800 manat məbləğində pul götürüblər.


Xəsarət alan 1983-cü il təvəllüdlü Samir Quliyev 4 saylı xəstəxanaya aparıblar.


Ölkə mediası yazır ki, bu hadisə son yarım ayda ölkədə dördüncü, Bakıda isə ikincidir. Bir müddət öncə «Azərpoçt»un və «Masallı» mebel fabrikinin Gəncədəki filiallarına naməlum şəxslər hücum edib. Bakıda isə oktyabrın 19-da «ABU Petrol» yanacaqdoldurma məntəqəsinə 5 naməlum silahlı şəxs basqın edib. Həmin basqınları törədən şəxslər hələ tapılmayıb.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG