Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:53

Müxalifət IFES -in təşkil etdiyi hakimiyyətlə dialoqdan imtina edir


Parlament seçkiləri ərəfəsində iqtidar-müxalifət dialoqu, Bakı, 11 iyul 2005

Parlament seçkiləri ərəfəsində iqtidar-müxalifət dialoqu, Bakı, 11 iyul 2005

Azərbaycanın aparıcı müxalifət partiyaları IFES-in (Beynəlxalq Seçki Sistemləri Fondu) noyabrın 9-da planlaşdırdığı hakimiyyətlə dialoqdan imtina edir. Azərbaycan Demokrat, Liberal, Müsavat və Xalq Cəbhəsi partiyalarının liderləri tərəfindən imzalanmış birgə bəyanatda belə deyilir.


«Turan»ın məlumatına görə, onlar hesab edirlər ki, IFES siyasi dairələrdə kifayət qədər etimad qazanmayıb və bu dialoqu təşkil etməsi onun ciddiliyini və effektini şübhə altına alır. Digər tərəfdən, müxalifət adı altında çoxsaylı partiyaların iştirakı müzakirələrin səmərəliliyini aşağı salacaq.


Sənədin müəllifləri ATƏT-in 2002-ci ildə təklif etdiyi komissiyaların formalaşdırılmasına dair prinsipi müdafiə etdiklərini bildirirlər. Onlar hesab edirlər ki, bu qurumlar iqtidar və müxalifət arasında paritet əsasında formalaşmalıdır. Belə ki, seçki komissiyaları üzvlərinin 50%-i son seçkilərdə çoxluq qazanmış YAP-ın, qalan 50%-i isə 60-dan çox seçki dairəsində səslərin minimum 1%-ni toplamış partiyaların nümayəndələrindən təşkil edilməlidir. Daha doğrusu, söhbət ADP, Müsavat, AXCP və ALP-dən gedir.


Partiyaların liderləri bu prinsiplər əsasında ATƏT və Avropa Şurası Venesiya Komissiyasının keçirəcəyi müzakirələrdə iştirak etməyə hazır olduqlarını bildirirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG