Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:50

«Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədədir»


Xüsusi Dövlət Mühafizə Xidmətinin təlim-tədris mərkəzinin açılışı, 30 oktyabr 2007
Xüsusi Dövlət Mühafizə Xidmətinin təlim-tədris mərkəzinin açılışı, 30 oktyabr 2007
«Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədədir, sabitlik qorunub saxlanılır. Əminəm ki, bu, gələcəkdə də davam etdiriləcək».

Oktyabrın 30-da Xüsusi Dövlət Mühafizə Xidmətinin Təlim-Tədris Mərkəzinin açılışı mərasimində prezident İlham Əliyev belə deyib. Onun sözlərinə görə, ölkədə həm iqtisadi, həm siyasi islahatlar, həm də təhlükəsizlik məsələləri kompleks şəkildə həll olunur: «Biz bütün mövcud olan çağırışlara hazır olmalıyıq, öz təhlükəsizliyimizi təmin etməliyik. Azərbaycanın uğurlu inkişafı, xoşbəxt yaşaması üçün başlıca məsələ bizim təhlükəsizliyimizdir».


Ölkə başçısı vurğulayıb ki, sabitlik və təhlükəsizlik Azərbaycanda bütün məsələlərin həlli üçün başlıca şərtdir: «O ölkələrdə ki, bu məsələlər öz həllini tapmır, yaxud da təhlükəsizliyə, sabitliyə təhlükə var, bunlar təmin olunmur, orada iqtisadi inkişaf da mümkün deyil».


Prezident deyib ki, həm Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, həm də digər kəmərlərin və nəqliyyat infrastrukturunun qorunması Azərbaycanın iqtisadi və siyasi təhlükəsizliyinin qorunması deməkdir: «Deyə bilərəm ki, bütün bu illər ərzində həm kəmərlərin tikintisi, həm də istismarı zamanı Azərbaycan ərazisində heç bir insident və kəmərlərin istifadəsi üçün heç bir təhlükə olmayıb. Ancaq bilirik ki, bəzi hallarda başqa ölkələrdə kəmərlərə müdaxilələr, oğurluq halları, bəzən terror aktları olur. Azərbaycanda kəmərlərin tam şəkildə təhlükəsiz istismarı təmin olunur».


Milli Təhlükəsizlik Nazirliyi oktyabrın 29-da yaydığı bəyanatda bildirib ki, Bakıda bir sıra dövlət strukturlarına, habelə beynəlxalq anti-terror koalisiyasına üzv olan dövlətlərin səfirliklərinə və nümayəndəliklərinə qarşı planlaşdırılan terror və təxribat aktlarının qarşısı alınıb.


Həmin gün və oktyabrın 30-da ABŞ və Böyük Britaniyanın Bakıdakı səfirlikləri öz fəaliyyətlərini məhdudlaşdırıblar.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG