Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:51

«Bu hökm absurddur»


«Onun terrorda günahlandırılmasını təsdiqləyən heç hansı sənəd yoxdu»

«Onun terrorda günahlandırılmasını təsdiqləyən heç hansı sənəd yoxdu»

«Biz jurnalist Eynulla Fətullayevə 8 il yarım cəza verilməsini eşidəndə çox heyrətləndik. Bu hökm absurddur».


«Sərhədsiz Reportyorlar» mətbuat azadlığını beynəlxalq müdafiə təşkilatının Avropa və keçmiş sovet respublikaları üzrə nümayəndəsi Elza Vidal «Azadlıq» radiosuna açıqlamasında belə deyib.


Onun sözlərinə görə, bu, çox uzun həbs müddətidi: «Halbuki Fətullayevə qarşı ittihamlar təsdiqlənməyib, onun terrorda günahlandırılmasını təsdiqləyən heç hansı sənəd yoxdu».


Xanım Vidal deyib ki, onlar Eynulla Fətullayevin Avropa İnsan Haqları Məhkəməsinə üz tutmaq niyyətini dəstəkləyəcəklər.


***



«Eynulla Fətullayevə qarşı hökmü eşidəndə şoka düşdük».



Bunu Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Orta Asiya bölməsinin koordinatoru Nina Oqnianova «Azadlıq» radiosuna açıqlamasında deyib. O, bildirib ki, Fətullayevin həbsi Azərbaycanda jurnalistlərin siyasi motivlərlə təqib edilməsi prosesinin davamıdır.


«Biz Azərbaycan hakimiyyətini çağırırıq ki, Eynulla Fətullayevə qarşı ittihamlar ləğv edilsin, o, azadlığa buraxılsın və onun baş redaktoru olduğu qəzetlərin fəaliyyəti bərpa edilsin».


Jurnalistləri Müdafiə Komitəsi qərargahı Amerikada yerləşən beynəlxalq hüquq müdafiə təşkilatıdır.



Günün bütün mövzuları

XS
SM
MD
LG