Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:22

Eynulla Fətullayev 8 il 6 ay azadlıqdan məhrum olundu


Hökmə əsasən, baş redaktor həmçinin Vergilər Nazirliyinə 242 min manat ödəməlidir
Hökmə əsasən, baş redaktor həmçinin Vergilər Nazirliyinə 242 min manat ödəməlidir

Oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm onun əvvəlki cəzasını da nəzərə almaqla hesablanıb. E.Fətullayev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.


Hökmə əsasən, baş redaktor həmçinin Vergilər Nazirliyinə 242 min manat ödəməlidir.


Hökmə görə, qəzet redaksiyasından götürülmüş 25 kompyuter də dövlətin hesabına keçəcək.


Eynulla Fətullayevin vəkili İsaxan Aşurov hökmü ədalətsiz adlandırıb: «Eynulla Fətullayev öz yazdıqlarının qurbanıdır».


Müdafiə tərəfi hökmdən Bakı Apelyasiya Məhkəməsinə şikayət verəcək.


Oktyabrın 26-da keçirilən prosesdə dövlət ittihamçısı Çingiz Şükürov E.Fətullayevin 10 il müddətinə azadlıqdan məhrum olunmasını təklif etmişdi.


Fətullayev bu il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədi Tatyana Çaladzenin iddiası əsasında 2 il 6 ay müddətinə həbs olunub. Jurnalist 2 il əvvəl qələmə aldığı «Qarabağ gündəliyi» adlı silsilə yazılarında xocalıları təhqir etməkdə günahlandırılıb.


Mayın 16-da MTN-in Baş İstintaq İdarəsində E.Fətullayevin rəhbərlik etdiyi KİV-də getmiş məlumatlarla əlaqədar Cinayət Məcəlləsinin 214.1-ci maddəsi (terrorla hədələmə) üzrə cinayət işi başlanıb. Nəticədə E.Fətullayev Bayıldakı istintaq təcridxanasından MTN-in təcridxanasına köçürülüb. Burada ona qarşı Cinayət Məcəlləsinin 214.1 və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri üzrə rəsmən ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib.


E.Fətullayevə ittihamların əsasında onun «Realnı Azerbaydjan» qəzetində rus dilində çap olunan «Əliyevlər müharibəyə gedir» yazısının dayandığı bildirilir.


İstintaq E.Fətullayevi vergi ödənməsindən külli miqdarda yayınmada (Cinayət Məcəlləsinin 213.2.2 maddəsi) da ittiham edib. Həmin ittihamda E.Fətullayevin 242 min 522 manat vəsaiti mənimsədiyi bildirilirdi.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG