Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:15

Azərbaycanda ilk siyasi məhbuslar Xalq Cəbhəsinin üzvləri olub


1994-95-ci illərdə Azərbaycanda siyasi məhbusların siyahısı 716 nəfərə çatıb

1994-95-ci illərdə Azərbaycanda siyasi məhbusların siyahısı 716 nəfərə çatıb

30 oktyabr keçmiş Sovet İttifaqı ərazisində Siyasi Məhbuslar Günüdür. Bu tarix 1974-cü ildən qeyd olunur. 1991-ci ildə Rusiyanın birinci prezidenti Boris Yeltsin bu günü rəsmiləşdirib.


Mütəxəssislər hesab edirlər ki, istər Stalin repressiyalarından, istərsə də sonrakı sovet inzibati-amirlik sistemindən ən çox əziyyət çəkən müttəfiq respublika Azərbaycan olub.


Hüquq müdafiəçilərinin fikrincə, müstəqil Azərbaycanda ilk siyasi məhbuslar 1993-cü ilin yayında meydana gəlib. Onlar mitinqlər zamanı saxlanılan Azərbaycan Xalq Cəbhəsinin üzvləri olublar.


1994-95-ci illərdə ölkədə siyasi məhbusların sayı çoxalıb. Bunlar əsasən, 1994-cü ilin Gəncə və 1995-ci ilin mart hadisələri zamanı tutulanlar olublar. Həmin vaxt siyasi məhbusların siyahısı 716 nəfərə çatıb.


2001-ci ildə Azərbaycan Avropa Şurasına üzv qəbul ediləndə həmin siyahı hüquq müdafiəçiləri tərəfindən Strasburqa göndərilib.


2001-ci ildən indiyə qədər əfv fərmanları nəticəsində həmin siyahı kifayət qədər azalıb. Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) üzvlərinin böyük qismi, Gəncə hadisələri və «generalların işi» üzrə həbs olunanların bir hissəsi azadlığa buraxılıb.


Hüquq müdafiəçilərinin siyahısında hazırda 52 nəfərin adı siyasi məhbus kimi hallanır. Onların arasında 7 jurnalist var. Siyahıda həmçinin vətənə xəyanətdə ittiham olunan XTPD-çilər, Cinayət Məcəlləsinin silah saxlamaq maddəsi ilə məhkum olunanlar da var.


Son vaxtlar məhkəmələri gedən sabiq Səhiyyə və İqtisadi İnkişaf nazirləri Əli İnsanov və Fərhad Əliyev, Azərbaycanın ilk Milli Qəhrəmanı Rasim Əkbərov da həmin siyahıdadır.



Günün bütün mövzuları

XS
SM
MD
LG