Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:33

Bakı Metropolitenində təhlükəsizlik tədbirləri gücləndirilib


Metro gücləndirilmiş iş rejiminə keçib
Metro gücləndirilmiş iş rejiminə keçib

Bu barədə «Azadlıq» radiosuna Bakı Metropoliteninin rəisi Tağı Əhmədov məlumat verib: «Metro gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Hazırda məhz bununla bağlı xətlərində metropolitenin 30-a yaxın əməkdaşı işləyir». Rəis deyir ki, bu barədə bütün şəxsi heyət təlimatlandırılıb.


Bakı metrosunda sonuncu terror aktı 1994-cü ildə baş verib. O vaxtdan metro gücləndirilmiş iş rejimində işləyir.


Daxili İşlər Nazirliyindən də bildirirlər ki, Azərbaycanın strateji obyektləri və diplomatik korpuslarında təhlükəsizlik tədbirləri gücləndirilib və lazımi qaydada mühafizə olunur.


Milli Təhlükəsizlik Nazirliyi oktyabrın 29-da yaydığı bəyanatda bildirib ki, Bakıda bir sıra dövlət strukturlarına, habelə beynəlxalq anti-terror koalisiyasına üzv olan dövlətlərin səfirliklərinə və nümayəndəliklərinə qarşı planlaşdırılan terror və təxribat aktlarının qarşısı alınıb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG