Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:55

Bakıda «müdhiş terror»un qarşısı alınıb


«MTN hazırda qrupun digər üzvlərinin zərərsizləşdirilməklə məşğuldur»

«MTN hazırda qrupun digər üzvlərinin zərərsizləşdirilməklə məşğuldur»

«Bakı şəhərində bir sıra dövlət strukturlarına, habelə beynəlxalq anti-terror koalisiyasına üzv olan dövlətlərin səfirliklərinə və nümayəndəliklərinə qarşı müdhiş terror və təxribat keçirilməsinin qarşısı alınıb». Milli Təhlükəsizlik Nazirliyi bu barədə məlumat yayıb.


Nəzirliyin idarə rəisi Arif Babayev «Azadlıq» radiosuna bildirib ki, bu günlərdə Müdafiə Nazirliyinin «N»saylı hərbi hissəsini silah-sursat götürüb tərk edən baş leytenant Kamran Əsədov radikal vəhhabi qrupunun üzvüdür. O, qrupun digər üzvləri ilə «qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, xidmət etdiyi hərbi hissədən 4 ədəd avtomat silah, 1 ədəd PK pulemyotu, 20 ədəd əl qumbarası, xeyli sayda avtomat silah üçün patron və digər hərbi ləvazimat oğurlayaraq hərbi hissəni özbaşına tərk edib».


Kamran Əsədov və qrupun digər üzvləri silah-sursatın və hərbi ləvazimatların bir hissəsini İsmayıllı rayonu ərazisində gizlətdikdən sonra Bakı şəhərinə gəliblər.


Milli Təhlükəsizlik Nazirliyi tərəfindən oktyabr ayının 27-də saat 15.00 radələrində Bakının Maştağa qəsəbəsi, bağ massivi ev-104 ünvanında keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxslərdən bir qrupu yaxalanıb. Əməliyyat zamanı qrupun bir üzvü müqavimət göstərməyə cəhd edərkən məhv edilib.


Gizlədibmiş silah-sursatın bir hissəsi həmin ünvanda, bir hissəsi isə İsmayıllı rayonunda aşkar edilərək götürülüb.


Məlumatda daha sonra deyilir: «Faktla bağla cinayət işi başlanmış, hazırda qrupun digər üzvlərinin zərərsizləşdirilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri davam etdirilir».



Günün bütün mövzuları

XS
SM
MD
LG