Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:07

«Yerevanda əldə olunacaq nəticələrdən prosesin gələcəyi asılıdır»


«Əgər hansısa məsələ çıxsa, nazirlər görüşə bilər»

«Əgər hansısa məsələ çıxsa, nazirlər görüşə bilər»

Azərbaycan tərəfi ATƏT-in Minsk qrupu həmsədrlərindən Yerevanda keçirdikləri müzakirələrlə bağlı məlumat gözləyir. Xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 29-da jurnalistlərə bildirib ki, vasitəçilərin cavabından asılı olaraq, Qarabağ danışıqlarının növbəti raundları barədə fikir yürütmək mümkün olacaq.


Həmsədrlər ötən həftə Yerevan və Bakıda danışıqlar apardıqdan sonra yenidən Yerevana qayıdıblar.


Məmmədyarov deyir ki, vasitəçilər «get-gəl diplomatiyası» ilə fəaliyyət göstərirlər və onların Yerevanda əldə edəcəkləri nəticələrdən də prosesin irəli gedib-getməyəcəyi asılıdır. Bakının mövqeyi budur ki, danışıqlar davam etməlidir.


«Biz Bakıda həmsədrlərlə geniş müzakirə apardıq. Yeni təkliflər yox idi. Hamımıza məlum olan əsas prinsiplər üzərində söhbət gedir. Həmin məsələlər müzakirə olunur. Bəzi prinsiplər razılaşdırılıb, açıq qalan məsələlərlə bağlı isə həmsədrlər düşünürlər ki, tərəflər arasında dil tapa bilərlər. Tapacaqlar, yoxsa tapmayacaqlar, bu danışıqlardan asılıdır. Əgər hansısa məsələ çıxsa və görüşə ehtiyac yaransa, nazirlər görüşə bilər»


XİN başçısı onu da deyib ki, prezidentlər arasında görüşdən hazırda söhbət getmir.


Günün bütün mövzuları

XS
SM
MD
LG