Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:06

«Eynulla Fətullayevə azadlıq» şüarı ilə aksiya keçirilib


Etirazçılar jurnalistə azadlıq tələb edirlər

Etirazçılar jurnalistə azadlıq tələb edirlər

«Eynulla Fətullayevə azadlıq», «Jurnalistlərin həbsi Azərbaycanı biabır edir»- bu şüarlarla oktyabrın 29-da «Dalğa» Gənclər Hərəkatının üzvləri Ağır Cinayətlərə dair İşlər Üzrə Məhkəmənin qarşısında aksiya keçiriblər. Həmin məhkəmədə «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayevin prosesi davam edir.


«Dalğa»nın üzvləri ağızlarını yapışqanla bağlayıb aksiya keçiriblər. Polis əraziyə gəldikdən sonra etirazçılar dağılışıb.


Hadisə yerində olan «Azadlıq» radiosunun müxbiri xəbər verir ki, məhkəmə qarşısına toplaşan adamlar arasında da gərginlik yaranıb. İnsidentə səbəb kiminsə jurnalistin ünvanına təhqiredici ifadə işlətməsi olub. Polis məsələyə müdaxilə edib.


Dövlət ittihamçısı Eynulla Fətullayevi 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyir.


Jurnalist terrorçuluqla hədələmə və s.-də ittiham olunur.


Proses davam edir.








Günün bütün mövzuları

XS
SM
MD
LG