Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:42

«Tarixçilər tarixlə, deputatlar qanunvericiliklə məşğul olmalıdırlar»


«Tarixçilər tarixlə, deputatlar qanunvericiliklə məşğul olmalıdırlar». Bunu Xarici İşlər Nazirliyinin rəsmisi Xəzər İbrahim İran parlamentində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) hazırladığı xəritəylə bağlı narahatçılığını şərh edərkən deyib. Ötən həftə İran deputatları bu məsələyə etirazlarını bildiriblər, hətta Azərbaycanın Tehrandakı səfirini parlamentə çağırıb ona etiraz notası təqdim etməyə də çağırışlar olub.


AMEA-nın bu yaxınlarda hazırladığı xəritə Gülüstan, Tükrmənçay müqavilələrindən əvvəlki əraziləri əks etdirib.


Xəzər İbrahim deyib ki, hər məsələnin həlli var. Azərbaycan tarixçiləri tarixi faktlardan çıxış edirsə, qarşı tərəf də tarixçilər səviyyəsində ortaya mövqe qoymaqda sərbəstdirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG