Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:24

Ərdoğan türk və kürd xalqlarını birləşməyə çağırıb


Ərdoğan Avropa Birliyini PKK ilə lazımi səviyyədə mübarizə aparmamaqda tənqid edib

Ərdoğan Avropa Birliyini PKK ilə lazımi səviyyədə mübarizə aparmamaqda tənqid edib

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İraqın şimalında məskunlaşan kürd yaraqlıları ilə birgə mübarizə aparmaq üçün türk və kürd xalqlarını birləşməyə çağırıb. Türkiyənin cənub şərqində aparılan reydlər zamanı 15 kürd yaraqlısı öldürülüb. «Anadolu» xəbər agentliyi isə ölkənin şimal qərbində PKK əleyhinə keçirilən etiraz nümayişində parlayış törədildiyini yazır. Partlayışın səbəbləri hələlik məlum deyil və itki haqqında məlumat verilmir.


Bu arada Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Avropa Birliyi ölkələrini tənqid edib. Deyib ki, onlar PKK-nın müqavimətini qırmaqda kifayət qədər iş görmürlər. Ərdoğan bildirib ki, Avropa Birliyi PKK-nı terror təşkilatı adlandırsa da qurum ölkələri PKK üzvilərinin nə həbs, nə də ekstradasiya edirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG