Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:56

Maştağa qəsəbəsində silahlı şəxslərə qarşı əməliyyat keçirilib


Əməliyyat 104 saylı bağ sahəsində aparılıb
Əməliyyat 104 saylı bağ sahəsində aparılıb


Əməliyyatçılar silahlı dəstəni zərərsizləşdirmək üçün atəş açmaq məcburiyyətində qalıblar. Evi mühasirəyə alan əməliyyatçılara Ramil Əliyev və dəstənin digər üzvləri tərəfindən bir neçə qumbara atılıb. Qumbaralar partlamayıb. Növbəti dəfə partlayıcını atmaq istəyən R. Əliyevə xəbərdarlıq atəşi açılıb. Atəş nəticəsində o, yerindəcə keçinib.


Dəstənin daha iki üzvü olan Şəhriyar və Yaşar Məhərrəmov qardaşları isə hadisə yerində həbs olunublar.


Hadisə yerindən xeyli qadağan olunmuş dini ədəbiyyat və silah-sursat götürülüb. Hadisə yerində Baş Prokurorluq, Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları işləyir.


Faktla bağlı Cinayət Məcəlləsinin 29.120-ci (ölümə sui-qəsd), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və digər maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır. /APA/



***

Oktyabrın 27-ə keçən gecə Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlı dəstəsi Maştağa qəsəbəsində silahlı şəxslərə qarşı əməliyyat keçirib. Əməliyyat 104 saylı bağ sahəsində aparılıb.


«Turan»ın məlumatına görə, əməliyyat zamanı iki nəfər saxlanılıb, bir nəfər isə silahlı müqavimət zamanı öldürülüb.


Bağ sahəsində axtarış zamanı isə üç avtomatdan, bir neçə qranatdan və digər döyüş sursatlarından ibarət arsenal aşkar edilib.


İlkin məlumatlara görə, hər üç nəfər vəhhabidir və qəsəbə sakinləri deyil.


Maraqlıdır ki, müsadirə edilmiş avtomatlardan biri bir neçə gün əvvəl hərbi hissədən qaçmış zabit Kamran Əsədov tərəfindən oğurlanan avtomatdır.


Prokurorluq tərəfindən cinayət işi açılıb, istintaq aparılır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG