Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:48

Türkiyə və İraq PKK probleminin həllini tapa bilmədilər


İraq tərəfinin təklifləri Türkiyəni razı salmayıb

İraq tərəfinin təklifləri Türkiyəni razı salmayıb

İraq və Türkiyə rəhbərliyi PKK-nın yaraqlıları ilə bağlı problemin həlli barədə razılaşa bilməyiblər.


Kürdüstan İşçi Partiyasına (PKK) qarşı mübarizə yollarını müzakirə etmək üçün Ankaraya İraqın Təhlükəsizlik və Müdafiə nazirləri, xüsusi xidmətlərin və «Kürdüstan»ın demokratik partiyalarının nümayəndələri gəliblər.


Türkiyə hökuməti İraq ərazisində PKK-nın fəaliyyətinə qadağa qoyulmasını, həmçinin, ona maddi yardımı dayandırmağı, silahla təchizat kanallarını bağlamağı və yaraqlıların liderlərinin təhvil verilməsini tələb edib.


Türkiyə hökumətinin nümayəndəsi deyib: «Danışıqların müsbət nəticələri olmayıb. İraq tərəfinin təklifləri Türkiyəni razı salmayıb».


İraqın Müdafiə naziri isə jurnalistlərə görüşün nəticələrini şərh etməkdən boyun qaçırıb. Amma bundan qabaq İraqın hökumət nümayəndələri danışıqlara əlverişli təkliflərlə gəldiklərini bildirmişdilər.


Yerli mətbuat İraq nümayəndə heyətinin səfərini problemin dinc yolla həlli üçün sonuncu imkan kimi dəyərləndirir.


Amma Ankara Baş nazir Rəcəb Tayyip Ərdoğanın Vaşinqtona səfərinə qədər kürd yaraqlılarına qarşı hərbi əməliyyata başlamayacaq.


Bu barədə Türkiyə hərbi rəhbərliyinin üzvü general Yaşar Büyükkanıt məlumat verib.


Türkiyə Baş nazirinin Vaşinqtona səfəri noyabrın 5-ə təyin olunub. Məqsəd İraqda kürd yaraqlıları ilə mübarizəyə dair Türkiyənin hərbi planlarının müzakirəsidir.


Günün bütün mövzuları

XS
SM
MD
LG