Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:21

Ter-Petrosyan prezident seçkisində iştirak edəcək


Sabiq prezident Levon Ter-Petrosyan, 1996

Sabiq prezident Levon Ter-Petrosyan, 1996

Ermənistanda 2008-ci il prezident seçkisində ölkənin ilk prezidenti Levon Ter-Petrosyan da iştirak edəcək. Ter-Petrosyan oktyabrın 26-da keçirilən mitinqdə belə deyib.

«Ölkəni siyasi qaydalarla yox, kriminal dünyanın qaydalarıyla idarə edirlər. Klassik nəzəriyyədə belə hakimiyyətə «kleptokratiya» deyilir, sadə dillə desək, «oğruların hökuməti». Mən isə buna banditlər dövləti deyərdim».


Yerevanın «Azadlıq» meydanında keçirilən mitinqə minlərlə müxalifətçi yığılıb. Aksiyanı əvvəllər hakimiyyətdə olan Ermənistan Milli Hərəkatı, «Respublika» və Xalq partiyaları təşkil edib.


Xalq partiyasının lideri Stepan Demirçyan deyib ki, bu mitinq erməni xalqında vətəndaş ruhunun oyandığını göstərir: «Ermənistanın gələcək inkişafı üçün vətəndaşlar ölkədə hökm sürən klan hakimiyyətindən qurtarmalıdırlar».


Aksiyanın səbəblərindən biri Ter-Petrosyanın tərəfdarlarının tutulmasıdır. Tutulanlar arasında jurnalistlər, partiya liderləri də var.


Günün bütün mövzuları

XS
SM
MD
LG