Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:54

Sloveniyada Mehdi Hüseynzadənin abidəsi ucaldılıb


Abidə Sloveniyanın Nova Qoritsa şəhəri yaxınlığında yerləşən Şimpas qəsəbəsində qoyulub. Bu barədə APA-ya Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov məlumat verib.


Azərbaycanlı heykəltəraş Akif Ələsgərovun hazırladığı abidə İkinci Dünya Müharibəsi zamanı «Russka Çeta» partizan dəstəsinin qərargahının yerində qoyulub.


Mehdi Hüseynzadə həmin dəstənin tərkibində faşistlərə qarşı amansız mübarizə aparıb, almanların məhv olunması, ərzaq və silah eşelonların ələ keçirilməsi ilə bağlı əməliyyatlarda iştirak edib.


M. Hüseynzadə 1944-cü ilin noyabrında faşistlərlə qeyri-bərabər döyüşdə həlak olub və Çeporan kəndində dəfn edilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG