Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:54

Azərbaycan biznes mühitinin ən pis olduğu ölkələr sırasındadı


«Gön-Dəri» zavodu, 5 may 2005

«Gön-Dəri» zavodu, 5 may 2005

Azərbaycan biznes mühitinin ən pis olduğu ölkələr sırasındadı. «Economist Intelligent Unit» analitik dərgisinin apardığı son araşdırmanın nəticəsinində belə deyilir. Azərbaycan araşdırmanın aparıldığı 82 ölkə arasında 73-cü olub.


«Economist İntellecent Unit»in ölkələr üzrə planlaşdırma xidmətlərinin direktoru Laza Kekiç «Azadlıq»a müsahibəsində deyir ki, ötən 5 il ərzində Azərbaycanın biznes mühitində inkişaf olub: «Amma məsələ burasındadı ki, başqa ölkələr də inkişaf edir və buna görə də Azərbaycan reytinqdə irəliləmir». Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı qeyri-mütənasibdi: «Bir tərəfdən, neft-qaz sektoruna böyük sərmayələr qoyulur, amma enerji sektorundan kənara çıxanda məlum olur ki, bu sahənin inkişafı üçün əlverişli biznes mühitini təmin edəcək elementlər çox zəifdi».


Laza Kekiç hesab edir ki, özəl şirkət və müəssisələrlə bağlı siyasət, rəqabət və infrastrukturun inkişafında problemlər var: «Bundan başqa, bütün regiona xas olan institusional problemlər mövcuddu. Məsələn, korrupsiya, hüquqi sistemin qeyri-şəffaflığı, dövlət idarəçiliyinin səmərəsinin aşağı olması. Bu sahələrdə vəziyyət regionun başqa ölkələri ilə müqayisədə daha pisdi, bəlkə də ən pis olanıdı».


Laza Kekiç deyir ki, bu problemlərə görə, neft-qaz sahəsində inkişafın digər sahələri də öz arxasınca aparması prosesi çox zəifdi.


Azərbaycan rəsmiləri isə dəfələrlə ölkədə biznes mühitinin inkişafı üçün əlverişli şəraitin olduğunu bəyan ediblər.


Araşdırmada biznes mühitinin ən cəlbedici olduğu ölkələr Danimarka, Finlandiya və Sinqapur hesab olunub.


«Economist Intelligent Unit» dərgisi Londonda yerləşir. Dərgi «The Economist Groupe»a daxildi. Qrup həm də «The Economist» jurnalını dərc edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG