Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:56

«Zabitin saqqal saxlaması ilə bağlı məlumat həqiqətə uyğun deyil»


Oktyabrın 24-də hərbi hissəni özbaşına tərk etmiş zabit Kamran Əsədov

Oktyabrın 24-də hərbi hissəni özbaşına tərk etmiş zabit Kamran Əsədov

«Kamran Əsədov xidmət etdiyi dövrdə nə xarici görünüşü, nə də geyimlə bağlı hərbi nizamnamələrin tələblərini pozmayıb». Müdafiə Nazirliyinin Əsədov Kamran Şamil oğlunun hərbi hissəni özbaşına tərk etməsi ilə əlaqədar oktyabrın 26-da yaydığı məlumatda belə deyilir.


Nazirliyinin Mətbuat Xidmətindən «Azadlıq» radiosuna daxil olan məlumatda bildirilir ki, bəzi KİV-lərdə hərbçinin guya ki, saqqal saxlaması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil: «Hətta son günlər ölkədə baş verən bəzi cinayət hadisələrini bu faktla əlaqələndirməyə çalışan mətbuat orqanları da vardır. Biz bunu doğru hesab etmirik».


Nazirlik bildirir ki, faktla bağlı cinayət işi qaldırılıb. Hazırda bu istiqamətdə araşdırmalar gedir.
Yerli media vasitələri xəbər verib ki, oktyabrın 24-də Xanlar rayonunun Toğana kəndi ərazisindəki hərbi hissədən 1977-ci il təvəllüdlü zabit Kamran Əsədov dörd avtomat və bir «PK» pulemyotu götürərək qaçıb. Bəzi qəzetlərsə zabitin islamın vəhhabi təriqətinə mənsub olması barədə versiyalar irəli sürüb.


Günün bütün mövzuları

XS
SM
MD
LG