Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:11

«Qobustanda onlarla məhbus ruhi xəstəliklərdən əziyyət çəkirlər»


«Qobustan həbsxanasına yeni rəis təyin gələndən müəssisədə rejim xeyli sərtləşib»
«Qobustan həbsxanasına yeni rəis təyin gələndən müəssisədə rejim xeyli sərtləşib»

«Qobustan Qapalı Həbsxanasına yeni rəis təyin edildikdən sonra cəzaçəkmə müəssisəsində rejim xeyli sərtləşib. Belə ki, Kazım Abdullayevin müəssisəyə rəhbər gəlişinin ilk günü həbsxanaya xüsusi təyinatlar və qara maskalılar dəvət edilib. Bundan sonra cəzaçəkmə müəssisəsində aksiya keçirən «ömürlüklərə» qarşı fiziki zorakılıqlar başlayıb. Bu özbaşınalıqlara etiraz edən 20 məhbus özünə xəsarət yetirib». Bu barədə «Yeni Müsavat»ın 26 oktyabr sayında yazılıb.


Məsələyə münasibət bildirən Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus isə bu cür hadisələrin ölkə həbsxanalarında adi hal olduğunu söylədi: «Mən bilmirəm ya təsadüfdən, ya da ki, qəsdən təyin edilən yeni rəislər özlərini əvvəlkilərə nisbətən daha pis aparırlar».


Hüquq müdafiəçisinin fikrincə, hazırda Qobustan həbsxanasında ciddi qanunsuzluqlar mövcuddur: «Məndə olan məlumatlara görə, orada onlarca məhbus var ki, onlar neçə vaxtdır ki, ruhi xəstəlikdən əziyyət çəkir. Türmələrdə isə bu insanlarla işləyəcək psixoloqlar yoxdur. Hər şey rüşvət və korrupsiya üzərində köklənib».


«Ekspress» yazır ki, Avropa Şurası Venesiya komissiyasının dekabrın 14-15-də Bakıda keçiriləcək 73-cü plenar iclasında «Sərbəst toplaşmaq haqqında» qanuna dəyişiklik edilməsi məsələsinin müzakirə olunacağı gözlənilir.


Komissiya ekspertləri belə bir rəyə gəliblər ki, qanun sərbəst toplaşmaq sahəsində gərəksiz nəzarət həyata keçirir. Əsasən, bu, ictimai asayişin pozulması ilə bağlı bəndlərdə müşahidə olunur. Venesiya Komissiyasında hesab edirlər ki, qanun əlavə məhdudiyyətlər müəyyənləşdirir, proporsionallıq prinsipinə kifayət qədər əməl olunmur, təhlükəsizliyin təmin olunması üçün dövlətin müdaxiləsi faktı birmənalı olaraq əks olunub.


«Avropa Şurasına üzv qəbul edilməsinə baxmayaraq, Azərbaycanda hələ də bu qurumun monitorinqi aparılır. Bu baxımdan, hesab edirəm ki, Avropa Şurasında seçkilərlə bağlı hansısa xüsusi müzakirələrin olmasına təbii baxmalıyıq. Şuranın Azərbaycanda gedən prosesləri yaxından izləməsi və ölkəmizdəki hər bir seçkiyə böyük əhəmiyyət verməsi başa düşüləndir». Bu fikirləri «Üç nöqtə»yə AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva deyib.


«525» yazır ki, Yaqub Mahmudov İran tarixçilərini elmi müzakirəyə çağırır. «Yeni işıq üzü görmüş Azərbaycan tarixi xəritələrinə qonşu və dost İranın parlamentində sərt reaksiya göstərilməsi bizdə təəssüf doğurur. Ümumiyyətlə, tarix məsələlərinin siyasiləşdirilməsi yolverilməzdir. Bizim heç bir qonşu ölkəyə, o cümlədən İrana ərazi iddiamız yoxdur». Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov deyib.


O bildirib ki, Azərbaycanda nəşr olunan tarix xəritələri ən qədim dövrdən başlayaraq tarixi reallıqları əks etdirir: «Bu, nə İrana, nə də başqa qonşu ölkələrə ərazi iddiası irəli sürmək deməkdir. Əgər məsələyə bu cür baxılarsa, yəni hər hansı tarix xəritəsinin bu cür siyasiləşdirilməsi baxımından yanaşılarsa, onda İranda nəşr olunmuş heç bir xəritədə, heç bir atlasda Azərbaycan tarixinə yer verilmir. Bizim yenicə çap olunan Azərbaycan tarixi atlasında tarixi həqiqətlər dəqiqliyi ilə öz əksini tapıb».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG