Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 22:48

«Soyqırım» layihəsinin səsverməsi təxirə salına bilər


Corc Buş administrasiyası Konqres üzvlərini qətnamənin əleyhinə səs verməyə çağırır
Corc Buş administrasiyası Konqres üzvlərini qətnamənin əleyhinə səs verməyə çağırır

Ermənilərin soyqırım iddiası ilə bağlı qətnaməni dəstəkləyən amerikalı konqresmenlər istəyirlər ki, sənədin səsverməsi uzansın. Onlar sənədin Konqresdə ya ilin axırında, ya da ki gələn il səsverməyə qoyulmasını təklif edirlər. Qətnamənin dörd əsas təşəbbüskarı olan deputatlar Nümayəndələr Palatasının sədri Nensi Pelosiya bu barədə məktub yazıblar.


Sözügedən qətnamə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində oktyabrın 10-da qəbul olunub. Qətnamədə deyilir ki, 1915-17-ci illərdə Osmanlı İmperiyası ermənilərə qarşı soyqırım həyata keçirib.


Sonradan parlamentarilərin 17-si qətnamədəki imzalarını geri alıb.


Türkiyə bu iddiaları əsassız hesab edir. Corc Buş administrasiyası qətnamənin ABŞ-ın milli maraqlarına zərər verəcəyi üçün Konqres üzvlərini onun əleyhinə səs verməyə çağırır.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG