Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:14

Avropa Məhkəməsində Azərbaycanla bağlı daha bir qərar çıxarılıb


Bundan əvvəl Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycanla bağlı altı qərar çıxarılıb

Bundan əvvəl Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycanla bağlı altı qərar çıxarılıb

Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) Azərbaycanla bağlı daha bir qərar elan olunub. Məhkəmədən APA-ya bildirilib ki, Respublika Doğum Evinin sabiq baş həkimi, 1955-ci il təvəllüdlü Bakı sakini Lətifə Əfəndiyevanın 31556/03 saylı şikayəti təmin edilib.


Şikayətdə bildirilib ki, L.Əfəndiyeva 1993-cü ilin dekabrında Respublika Doğum Evinin baş həkimi vəzifəsindən azad edilib. Bu addımı qanunsuz hesab edən Əfəndiyeva Səhiyyə Nazirliyini məhkəməyə verib. Onun İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə işə yenidən bərpa olunması və qanunsuz işdən azad edildiyinə görə kompensasiya ödənilməsi ilə bağlı şikayəti 2007-ci ilin iyulunda təmin olunub. Məhkəmə L.Əfəndiyevanın hüquqlarının pozulması faktını təsdiqləyib.


Əfəndiyevanın nümayəndəsi Muxtar Mustafayev bildirib ki, şikayət ərizəsi 2004-cü ildə AİHM-də icraata götürülüb. Müdafiə tərəfi ərizədə iddiaçıya 250000 avro ziyan dəydiyini bildirib və Azərbaycan hökumətinin bu məbləği ödəməyə məhkum edilməsini xahiş edib. Məhkəmə Azərbaycan hökumətinə 3 ay vaxt verib ki, L.Əfəndiyevanın pozulmuş hüquqları bərpa edilsin, əks halda təzminat məsələsi müzakirə mövzusu olacaq: «Bu işlə bağlı Ali Məhkəmə Lətifə Əfəndiyevanın xeyrinə üç dəfə qərar çıxarsa da, aşağı instansiya məhkəmələri bu qərarları nəzərə almayıb. Biz özümüzü bu məsələdə qalib hesab etmirik. Çünki mənim üçün Azərbaycan məhkəmələrinin çıxardığı qərarlar daha böyük önəm kəsb edir».


Bundan əvvəl Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycanla bağlı altı qərar çıxarılıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG