Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:45

Dərnəgüldə məcburi köçkünlərlə polis arasında qarşıdurma olub


Məcburi köçkünlər onlara torpaq ayrılması barədə rəsmi sənəd verilməsini istəyirlər

Məcburi köçkünlər onlara torpaq ayrılması barədə rəsmi sənəd verilməsini istəyirlər

Oktyabrın 25-də Binəqədi rayonunun Dərnəgül qəsəbəsindəki trolleybus parkında məskunlaşmış məcburi köçkünlərlə polis arasında qarşıdurma yarandı. Məcburi köçkünlər icra hakimiyyətinin onları zorla ərazidən köçürdüyünü deyirdilər. Hadisə yerində olan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Siracəddin Cabbarov isə bildirdi ki, məcburi köçkünlər üçün Mehdiabad qəsəbəsi yaxınlığında torpaq sahəsi ayrılıb ev tikintisinə başlanıb. İki ay müddətinə isə dövlət onların kirayə haqqını ödəyəcək.

Onun sözlərinə görə, parkın ərazisində məskunlaşmış 15 ailənin artıq 11-i bu təkliflə razılaşıb. Məcburi köçkünlər isə bunun doğru olmadığını və onlara torpaq ayrılması barədə rəsmi sənəd verilməsini istəyirlər.


Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Sənan Hüseynov isə deyir ki, həmin yer dövlət ehtiyacları üçün boşaldılmalıdır. Məcburi köçkünlərə ev tikilib verilməsi məsələsinə gəlincə, bu barədə komitə sədri Əli Həsənovun imzası ilə sənəd hazırlanıb. Sənan Hüseynovun sözlərinə görə, qaçqınların köçürülməsi işi rayon icra hakimiyyətinin səlahiyyətindədir. Orada hansı obyektin olacağı da onlara aid məsələdir. Siracəddin Cabbarov isə söhbətin hansı obyektdən getdiyi barədə heç nə bilmədiyini dedi.


Prezident İlham Əliyevin sərəncamına görə isə məcburi köçkünlər yalnız zərurət yarandıqda məskunlaşdığı yerdən köçürülə bilərlər. Bu halda onlara əvvəl yaşadıqları evdən ən az pis olmayan yer təklif edilməlidir.










Günün bütün mövzuları

XS
SM
MD
LG