Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:25

ABŞ-da ölkənin xarici siyasətinə inananların sayı azalır


Vaşinqtonda müharibə əleyhinə etiraz aksiyası, 27 yanvar 2007

Vaşinqtonda müharibə əleyhinə etiraz aksiyası, 27 yanvar 2007

ABŞ-da ölkənin xarici siyasətinə inananların sayı azalır. Araşdırma göstərib ki, indi daha çox amerikalı hesab edir ki, Vaşinqton terrorçuluqla lazımi qədər mübarizə apara bilmir, İraqda və başqa yerlərdə məqsədinə tam nail olmur, Birləşmiş Ştatlara qarşı təhlükə artır. Sorğu zamanı o da məlum olub ki, amerikalılar tək indiki siyasətə yox, ümumiyyətlə, Birləşmiş Ştatların xarici siyasətinə şübhə edirlər. Üstəlik, nəyinsə dəyişəcəyinə inananlar da azdır.


Sorğu zamanı Amerikanın xarici siyasətini müsbət qiymətləndirənlərin sayı 48% olub. Bu, 2005-ci illə müqayisədə 10% aşağıdır.


ABŞ İraqda nə qədər uğur qazanıb? Bu suala respondentlərin 25%-i müsbət cavab verib. Bu isə 2005-ci illə müqayisədə 14% azdır. Birləşmiş Ştatların Əfqanıstan siyasətini, İsrail-Fələstin münaqişəsinin həlli üçün gördüyü işi, müsəlman ölkələri ilə münasibətini də müsbət qiymətləndirənlərin sayı azalıb.


İrana qarşı hərbi əməliyyat istəyənlərin sayı da çox deyil. Respondentlərin 65%-i bildirib ki, onlar İrana qarşı iqtisadi və siyasi sanksiyalara üstünlük verirlər. Cəmi 20% hərbi əməliyyata tərəfdardır.


Sorğuya qatılan amerikalıların 80%-i hesab edir ki, dünya Birləşmiş Ştatlar üçün daha təhlükəli olub. 65% isə bildirir ki, dünyanın Amerikaya münasibəti neqativdir. Bunu deyənlərin yarısı Birləşmiş Ştatlara münasibətin çox neqativ olduğunu düşünür.


Sorğunu «Public Agenda» təşkilatı «Public Affairs» nəşri ilə birgə aparıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG