Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:50

Şahidlər Fətullayevin kimisə terrorla hədələdiyini görməyiblər


Jurnalistin məhkəməsi oktyabrın 26-da işini davam etdirəcək
Jurnalistin məhkəməsi oktyabrın 26-da işini davam etdirəcək

«Heç bir səbəb olmadan Eynulla Fətullayev Bayıl təcridxanasından MTN-in istintaq təcridxanasına köçürülüb, jurnalist ona qarşı ifadə verən şəxslərlə üzləşdirilməyib».


Oktyabrın 25-də «Gündəlik Azərbaycan» və «Realnı Azərbayydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin məhkəməsində vəkil İsaxan Aşurov belə deyib.


O, istintaq prosesi zamanı jurnalistin hüquqlarının pozulduğunu bildirib.


Vəkil MTN-də Eynulla Fətullayevə qarşı ifadə verən Prezident Yanında İdarəçilik Akademiyasının müəllimi Aydın Hacıyevin şahid qismində prosesə cəlb edilməsi haqda vəsatət qaldırıb. Müşavirədən sonra hakim vəsatətin qəbul edildiyini bildirib.


Daha sonra proses şahid ifadələrilə davam edib. Dəvət edilən dörd şahidin heç biri Eynulla Fətullayevin kimisə terrorla hədələdiyinin şahidi olmadıqlarını bildiriblər. Onlardan ikisi səyyar qəzet satıcıları olan Aslanov qardaşlarıdır.


Məhkəmə oktyabrın 26-da işini davam etdirəcək.


Eynulla Fətullayev terrorla hədələmə, milli ədavəti qızışdırmaq və vergidən yayınmada ittiham olunur. Jurnalist isə öz yazılarıma görə həbs olunduğunu bildirir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG