Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:12

Hərbi hissədən qaçmış zabitin axtarışı davam etdirilir


ANS-PRESS-in məlumatına görə, oktyabrın 24-də Xanlar rayonunun Toğana kəndi ərazisindəki hərbi hissədən 1977-ci il təvəllüdlü zabit Kamran Əsədov dörd avtomat və bir «PK» pulemyotu götürərək qaçıb. Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən «Turan»a bildiriblər ki, mətbuatda dərc olunan məlumatlarla bağlı araşdırma aparılır.

Xanlar rayonundakı etibarlı mənbə isə «Turan»a zabitin yalnız öz avtomatını götürərək qaçdığını bildirib. Mənbənin sözlərinə görə, hazırda hərbi prokurorluq hərbi hissədə araşdırma aparır və zabitin axtarışı davam etdirilir.


Xanlar və Gəncə sakinlərindən «Turan»a verilən məlumata görəsə, hər iki şəhərdə və Toğana kəndinə gedən Gəncə-Göygöl yolunda da bir neçə yerdə silahlı polis postları qoyulub.


Günün bütün mövzuları

XS
SM
MD
LG