Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:27

Azərbaycanda «qızıl qızdırması»


Bakı və Sumqayıtdakı zərgərlik dükanlarının əksəriyyətində satış həcmləri artıb

Bakı və Sumqayıtdakı zərgərlik dükanlarının əksəriyyətində satış həcmləri artıb

«Ekspress» yazır ki, ölkədə qızıla tələbat artıb. «Qızıl və zinət əşyalarının pulların etibarlı saxlanma vasitəsi kimi istifadəsi binayi-qədimdən Azərbaycanda geniş yayılmış ənənə olsa da, son həftələr bu proses sürətlənib».


Bakı və Sumqayıt şəhərlərindəki zərgərlik dükanlarının əksəriyyətində satış həcmləri artıb. Bəzi elitar dükanlarda isə lüks kateqoriyalı zərgərlik məmulatlarını alanların sayında 120%-li yüksəliş var.


«Qızıl stabil olaraq baha metaldır və maliyyə çətinliyi, yaxud hər hansı problem yarandığı təqdirdə bu yüksəklikvidli metalı, yaxud da ondan hazırlanmış əşyaları çox asanlıqla satmaq olur. Qızıla olan tələbatın başlıca səbəbi də budur», - «Golden Master» şirkətinin prezidenti Ağamirzə Quliyev «Ekspress»ə söylədi.


İqtisadçı Qulam Dadaşov isə düşünür ki, ABŞ dollarının dünya valyutalarına, xüsusilə də avroya olan kursda daim məzənnə itkisinə uğraması da Azərbaycanda qızıla olan tələbatın artmasına səbəb olub.


Onun dediyinə görə, Azərbaycanda qeyri-neft sektoru çox zəif inkişaf etdiyindən, istehsalata maliyyə yatırmaq az rentabelli və riskli iş olduğundan, pullarının böyük qismini ticarət, inşaat, xidmət və istehlak sektorlarına yönəldən sonra yerdə qalan qismi qızıla çevirib «qara gün»ə döndərən imkanlı vətəndaşların sayı sürətlə artır.


Milli QHT Forumunun sədri, millət vəkili Azay Quliyev «525»ə bildirib ki, «QHT-lərlə bağlı yaradılacaq yeni qurum ictimai əsaslarla fəaliyyət göstərəcək».


«Əvvəllər yeni qurumun Dövlət Komitəsi və ya İctimai Palata formasında yaradılması ilə bağlı təkliflər var idi. Biz QHT Forumu olaraq həmişə yaradılacaq yeni qurumun adının nə olmasından asılı olmayaraq, ictimai əsaslarla fəaliyyət göstərməsini istəmişik. Prezidentin İcra Aparatının xətti ilə aparılan sonuncu müzakirələrdə də belə qərara gəlindi ki, yaradılacaq yeni qurum ictimai əsaslarla fəaliyyət göstərsin. Ümumi istiqamət budur ki, yeni qurum Prezident yanında QHT Şurası adlandırılsın. Məlum olduğu kimi, hazırda Prezident yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya, Prezident yanında Sahibkarlar Şurası tipli qurumlar fəaliyyət göstərir. Onların fəaliyyəti özünü doğruldur. Hesab edilir ki, bu təcrübə QHT-lərlə də bağlı tətbiq oluna bilər. Mən də hesab edirəm ki, bu, çox normal yanaşmadır».


«Azadlıq» qəzeti prezidentin regionlara səfərinə toxunaraq yazır ki, «İlham Əliyevə yaxınlaşmaq istəyənlər vəhşicəsinə döyülürlər»


«İlham Əliyevin Qobustan səfəri ərəfəsində rayon polisi repressiyalara başlayıb. Bu barədə redaksiyamıza Qobustan sakinləri məlumat veriblər. Onların sözlərinə görə, polislər üzləşdikləri problemlərlə bağlı İlham Əliyevə şikayət etmək istəyən sakinləri hələ dövlət başçısı rayona varid olmamışdan əvvəl müəyyənləşdirərək həbs ediblər. Həbslər zamanı «asayiş keşikçiləri» şikayətçilərdən bəzilərini vəhşicəsinə döyüblər».


«Ombudsman Elmira Süleymanova Qarabağ Azadlıq Təşkilatının (QAT) üzvlərinə qarşı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən edilən qanunsuz hərəkətlərin araşdırılması üçün Binəqədi prokurorluğuna müraciət göndərib. Bu haqda «Üç nöqtə»yə Ombudsman Aparatından məlumat verilib. Məlumatda deyilir ki, bu ilin sentyabr ayı ərzində Bakıya erməni nümayəndələrinin səfərlərinə etiraz edən təşkilat üzvlərinə qarşı Bakı şəhərinin bir sıra polis idarələri, o cümlədən Binəqədi RPİ-də zorakı tədbirlər, təqiblər həyata keçirilib. Bu faktlarla bağlı QAT nümayəndə heyəti oktyabrın 5-də ombudsman Elmira Süleymanova ilə görüşüb və insan haqlarının kobud şəkildə pozulması ilə əlaqədar ölçü götürülməsini xahiş edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG