Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:27

Oktyabrın 25-i Avropa Mülki Ədalət Mühakiməsi günüdür


İnsan Haqları Məhkəməsinə ən çox şikayətlər keçmiş Sovet respublikalarından gəlir

İnsan Haqları Məhkəməsinə ən çox şikayətlər keçmiş Sovet respublikalarından gəlir

Oktyabrın 25-i Avropa Mülki Ədalət Mühakiməsi günüdür. Bu günü Avropa Komissiyası və Avropa Şurası təsis edib. Məqsəd ədalət mühakiməsinin hər şeydən əvvəl vətəndaşlara bir xidmət olduğunu xatırlatmaqdır. Bəs Avropada, o cümlədən Azərbaycanda mülki hüquqlar necə qorunur?


Hər il Avropa Şurasına üzv olan 47 ölkədən Avropa İnsan Haqları Məhkəməsinə on minlərlə şikayət daxil olur. Öz ölkələrində haqq-ədalət tapmayan belə şikayətçilər polis zorakılığı, pensiyaların ödənişi, məhkəmə qərarlarının icrası və bir çox başqa məsələlərlə əlaqədar haqlarının bərpası məqsədilə öz hökumətlərinə qarşı məhkəmə iddiaları qaldırır və belə şikayətlərin böyük hissəsi hələ də məhkəmə sistemləri az etibarlı olan keçmiş Sovet respublikalarından gəlir.


Ötən il Avropa İnsan Haqları Məhkəməsinə 112 şikayət Gürcüstandan, 641-i Moldovadan və 4 min 146-sı Ukraynadan daxil olub.


Bu yaxınlarda isə Azərbaycan Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Şeyda Nəsibova təşkilatını rəsmi qeydiyyatdan keçirmək xahişi Ədliyyə Nazirliyi tərəfindən rədd edildikdən sonra Avropa İnsan Haqları Məhkəməsi onu haqlı bilərək, Azərbaycandan onun xeyrinə qərar çıxarmağa, o cümlədən maliyyə təzminatı ödəməyi də tələb etdi.


Oktyabrın 16-da moldovalı jurnalist Petru Pyatanın öz ölkəsinə qarşı qaldırdığı iddianı məhkəmə haqlı bildi. Bundan əvvəl Moldova məhkəməsi Poyatanın möhtəkirlik və qanunsuz biznes fəaliyyətlərində təqsirləndirdiyi deputat Viktor Stepaniuç barədə yazılarını şərəf və ləyaqətə təhqir kimi qiymətləndirmiş və pul cəriməsi ödəməyi tələb etmişdi.


Avropa Məhkəməsinə son vaxtlar Ermənistandan da gələn şikayətlərin sayı artıb. Bu il ilk dəfə olaraq müxalifət nümayəndəsinin həbsi ilə əlaqədar Ermənistan hökuməti barəsində ittiham hökmü çıxarıb. Hal-hazırda Ermənistanın müstəqil «A-1 Plus TV» kanalının lisenziya və tezliklərinin ləğvi ilə əlaqədar qaldırdığı iddiaya baxılır.


Həmçinin Çeçenistan sakini Marzet İmakayeva əri ilə oğlunun Rusiya əsgərləri tərəfindən evlərindən aparıldıqdan sonra yox olmaları ilə əlaqədar Rusiya hökumətinə qarşı şikayətlə Avropa Məhkəməsinə müraciət edib. Çeçenistanla bağlı 11 oxşar yoxolma halları ilə əlaqədar İnsan Haqları Məhkəməsi Rusiya hökumətindən 350 min dollar məbləğində təzminatlar ödəməyi tələb edib.


XS
SM
MD
LG