Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:47

Monitorinq toplaşmaq azadlığının təmin edilmədiyini üzə çıxarıb


«Sərbəst toplaşmaq azadlığı haqqında» qanunun əlavə və düzəlişlərə ehtiyacı var»
«Sərbəst toplaşmaq azadlığı haqqında» qanunun əlavə və düzəlişlərə ehtiyacı var»

«Azərbaycanda sərbəst toplaşma azadlığının təmin olunması vəziyyəti: qanunvericilik və praktika» monitorinq hesabatı ölkədə sərbəst toplaşma azadlığının təmin edilmədiyi qənaətini ortaya qoyub.


«Turan»ın məlumatına görə, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının (VƏHML) sədri Sahib Məmmədov bu sözələri oktyabrın 24-də hesabatın təqdimatı ilə bağlı keçirdiyi mətbuat konfransında söyləyib.


Onun sözlərinə görə, bununla təkcə «Sərbəst toplaşmaq azadlığı haqqında» qanun deyil, həm də ölkənin qoşulduğu beynəlxalq paktların uyğun maddələri pozulur. Məmmədov bu məsələ ilə bağlı məhkəmə çəkişməsinə başladıqlarını, amma Ali Məhkəmə instansiyasında olan iddiaya hələ də baxılmadığını deyib. O, veriləcək qərarın nəticəsindən asılı olmayaraq, bu məsələni Avropa Məhkəməsinə qaldıracaqlarını söyləyib. Liqa sədrinin sözlərinə görə, beynəlxalq qurumlarda bu məsələ müzakirə edilərkən, rəsmi Bakının nümayəndələri beynəlxalq təmsilçilər qarşısında «bu qanun pozulursa, niyə Avropa Məhkəməsində uyğun qərar çıxarılmır» mövqeyini ortaya qoyublar. Sərbəst toplaşma azadlığı məsələsində aksiyanın keçirilmə yerinin əhəmiyyətli olduğunu deyən S.Məmmədov tədbirin əhalinin, nəqliyyatın, yol qovşaqlarının gur yerində olmasının vacibliyini vurğulayıb.


Hüquqşünas Ənnağı Hacıbəyli isə bir il öncə bu yöndə layihə həyata keçirdiklərini və eyni olan nəticələr əldə etdiklərini bildirib. Onun fikrincə, «Sərbəst toplaşmaq azadlığı haqqında» qanunu beynəlxalq standartlara uyğunlaşdırmaq üçün sənədə əlavə və düzəlişlərə ehtiyacı var. Qanunun şəhərin mərkəzində aksiyaları qadağan etməsini şərh edən Ə.Hacıbəyli beynəlxalq hüquqda bunun demokratik cəmiyyətin əsaslarını sarsıdan hal kimi izah edildiyini deyib. O, qanunun aksiyanın təhlükəsizliyinin təmin olunması ilə bağlı təşkilatçıların üzərinə məsuliyyət qoymasını absurd adlandırıb və beynəlxalq hüquqa istinad edərək, hətta aksiya iştirakçılarının bir qismi zoraklığa yol verdikdə, dinc məcrasından çıxdıqda belə, buna görə tədbir təşkilatçılarının məsuliyyət daşımadığını vurğulayıb. Hüquqşünas sərbəst toplaşma azadlığı ilə vətəndaşın istirahət hüququnun toqquşduğu zaman beynəlxalq hüququn birincini fundamental sayaraq, ona üstünlük verdiyini deyib.


Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə hesabatın kitab halında çap edilərək, deputatlara, nazirlərə, polis idarələrinə, Prezident Aparatına, Bakı meriyasına göndərilməsini vacib sayıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG